Sumqayıtda məktəbdə meyit tapıldı
Sumqayıtda orta məktəbin zirzəmisində meyit aşkar edilib.
Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun 18-ci mikrorayonunda yerləşən 35 saylı orta məktəbdə qeydə alınıb.
Həmin məktəbin zirzəmisində 1968-ci il təvəllüdlü Həsən Kazım oğlu Şükürovun meyiti tapılıb. Meyitə ilkin baxış zamanı onun üzərində zorakılıq əlaməti aşkar edilməyib. Hazırda ölümün səbəbi araşdırılır.