Ziyafət Əsgərov: "Gerçək soyqırımı Xocalıda törədilib”

"Türkiyә prezidenti, baş naziri sәviyyәsindә dәfәlәrlә müraciәt edilib ki, Osmanlı dövlәti vaxtından qalan bütün arxivlәr açıqdır, araşdırılması üçün komissiya yaradılsın".

 

APA TV-nin məlumatına görə bunu Milli Mәclisin 1-ci vitse-spikeri Ziyafәt Әsgәrov qondarma "ermәni soyqırımı"na dünya ictimaiyyәtinin reaksiyasına münasibәt bildirәrkәn deyib.

 

"Burada hәm Türkiyәdən, hәm Ermәnistandan, hәm dә digәr ölkәlәrdәn tarixçilәrin iştirak edә bilәcәyi deyilir. Araşdırsınlar ki, belә bir hadisә, soyqırımı, olub, ya yox. Buna o zaman son nöqtә qoyula bilәr ki, tarixçilәr fikrini bildirsin. Amma bunu siyasi alәtә çevirib şantaj elәmәk vә ayrı-ayrı yerlәrdә qәbul etdirmәk işinin perspektivi yoxdur. Ermәnilәrin tam әksәriyyәti bilir ki, soyqırımı olmayıb. Amma real soyqırımı Xocalıda olub. Dünәn AŞPA-da da azәrbaycanlı deputatlar bu mәsәlәni bir daha qaldırdılar. Niyә Xocalıya münasibәt bildirilmir? Bu real faktdır, soyqırımıdır. Burada faktlar, şahidlәr mәlumdur. Audio, video, foto var. Amma 1915-ci ildә hansısa hadisәyә dәlil, sübut olmadan soyqırımı deyilir, real hadisәlәrә soyqırımı deyilmir. Bu da ikili standartların tәzahürüdür. Kimin sәviyyәsindә deyilmәsindәn asılı olmayaraq, belә bir yanaşmanın perspektivi yoxdur".

 

Ziyafәt Әsgәrov son vaxtlar xarici mәtbuatda Azәrbaycanla bağlı yer alan tәnqidi yazılara da münasibәt bildirib.

 

"Eurovision" yarışı әrәfəsindә xarici KİV-lər, qeyri-hökumәt tәşkilatları vә içimizdә sapı özümüzdәn olan baltalar çox çalışdılar ki, buna kölgә salsınlar, Azәrbaycanın imicini xoşagәlmәyәn şәkildә formalaşdırsınlar. Heç nә alınmadı. İndi isə yenә başlayıblar. Mәnasız və mәnәvi, siyasi, hüquqi әsası olmayan bәyanatlar verirlәr. Amma Azәrbaycanın inkişafı göz qabağındadır. Biz Birinci Avropa oyunlarına hazırlaşırıq. Demәk olar ki, idman qurğularının hamısı istifadәyә verilib. Yarışların çox yüksәk sәviyyәdә keçәcәyini gözlәyirik".

 

Onun sözlәrinә görə, Azәrbaycan bu kimi sınaqlardan çıxıb vә narahat olmağa әsas yoxdur.

Müəllif | Apa.Tv
Apa.tv