Lenin: menşeviklərə qalib gəlib, nemesdir, kommunizm dövlətini qurub... - SORĞU

Aprelin 22-si bolşevik inqilabının rəhbəri, 70 il dünyanın böyük bir hissəsində hökmranlıq etmiş SSRİ adlı dövlətin qurucusu Vladimir İliç Leninin doğum günüdür. Bir zamanlar Sovetlər dövlətinin tərkibində olduğumuzdan, Azərbaycanda da onun doğum günü böyük təmtəraqla qeyd edilərdi. Artıq 25 ildir ki, ölkəmizdə bu ənənəyə son qoyulub.

 

Bəs görəsən, Bakı sakinləri Leninin kim olduğunu və hansı dövləti qurduğunu unutmayıblar ki? Cavablar bizi də təəccübləndirdi:

 

“Lenin bilirik kimdir, amma nəyi yaratdığını bilmirik. Yox, kim olduğunu da bilmirəm”.

 

“Ən böyük dahi rəhbərimiz olub.  Kommunizm dövlətini qurub”.

 

 “Lenini tanımıram, heç tanımaq da istəmirəm”.

 

“Lenin bizim dahi rəhbərimiz idi. Sovet dövlətini qurub. Menşeviklərə qalib gəlib”.

 

“Lenin... Belə tanış gəlir e. Nemesdir? Bilmirəm, yalan deyərəm”.

 

“Rusiyanın qurucularından biri. Sovet Sosialist Cümhuriyyətlər Birliyini qurub”.

 

“Yaşın çatmır onu öyrənməyə?”

 

“İnqilabı bəs kim edib ki? Bu gün də ad günüdür”.

 

“Lenin bizim rəhbər olub vaxtilə. Soveti quran Marks, Engels, Lenin, axırıncı oldu Stalin”.

 

“Bilmirəm, tanımıram Lenini”.

 

“Dahi rəhbər. Sosializmi yaradan o olub da”.

 

“Bu tarixdir. Məncə, yada salmağa da dəyməz”.

 

Paytaxt sakinlərinin fikirləri ilə tanış oldunuz. Yekun olaraq deyək ki, biz də sonuncu respondentin fikri ilə biz də razıyıq : ”Bu tarixdir. Məncə, yada salmağa da dəyməz” 

Müəllif | Apa.Tv
Almaz Qasımova