"XX yüzillikdә transmilli ermәni terrorunun tarixi" kitabının tәqdimatı keçirildi
“Erməni təbliğatına qarşı bir neçə ölkədə bu kimi layihələr həyata keçirilir”. APA TV-nin mәlumatına görә, bu fikirləri Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Oleq Kuznetsovun "XX yüzillikdә transmilli ermәni terrorunun tarixi" adlı kitabının tәqdimatı zamanı deyib. Onun sözlərinə görə, təqdimatı keçirilən kitabın bu ilin sonu və ya gələn ilin əvvəlində türk və ingilis dillərində tərcümə edilməsi planlaşdırılır.
Baş prokurorun birinci müavini Rüstәm Usubov bildirib ki, beynәlxalq terrorizmdәn әn çox әziyyәt çәkәn ölkәlәrdәn biri kimi Azәrbaycan beynәlxalq terrorizmә qarşı koalisiyaya qoşulub vә töhfәlәrini verib. Onun sözlərinə görə, Azәrbaycan Respublikasının Milli Tәhlükәsizlik Konsepsiyasında әhaliyә qarşı terror hadisәlәri milli tәhlükәsizliyә tәhdid kimi qәbul edilib: "Azәrbaycanlılar dәfәlәrlә ermәni terrorizmi ilә üz-üzә qalıb. Onlar Dağlıq Qarabağ vә әtraf әrazilәri işğal edәrәk әhaliyә qarşı qırğınlar törәdiblәr. Xocalı faciәsi bunların kuliminasiya nöqtәsi oldu. Bütün bu hadisәlәrin başında o vaxtkı prezident Robert Koçaryan vә indiki prezident Serj Sarkisyan durub. Hәmçinin Eduard Qriqoryanın başçılığı ilә Sumqayıt hadisәlәri törәdilib".
Baş prokurorun müavini bildirib ki, bu qәdәr terror aktı törәtmiş ermәnilәrin həyata keçirdiyi hadisәlәrin dünya ictimaiyyәtinә çatdırılması üçün tәqdim olunan kitabın böyük rolu var. Rüstəm Usubov kitabda da deyildiyi kimi, ermәni terrorizminin yarandığı gündәn transmilli xarakter aldığını vurğulayıb.
Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərovun sözlərinə görə, erməni terroru o qədər qloballaşıb ki, artıq dünyada təkcə tarixçilərin, siyasətçilərin, hüquqşünasların deyil, digər sahədən olan insanların da diqqətini cəlb. Ziyafət Əsgərov bildirib ki, erməni terrorunun kökündə xəstə bir ideologiya durur - "Dənizdən dənizə Ermənistan yaratmaq": "Onların dənizlə heç bir əlaqələri yoxdur. Bilmək olmur onların bu xəstə ideologiyası haradan qaynaqlanır? Ermənilərin bu xəstə ideologiyasının əsasında yalnız öldürmək, baş kəsmək durur. İndiyə qədər Azərbaycana qarşı 30-dan artıq terror aktları törədilib. Bu onu göstərir ki, ermənilər hələ də bu çirkin əməllərindən əl çəkməyiblər".
Kitabın müəllifi Oleq Kuznetsov isə bildirib ki, kitabında erməni cinayətlərini məhz hüquqi cəhətdən araşdırıb.