İmişli sakini bibisi qızını qətlə yetirdi
İmişli sakini bibisi qızını qətlə yetirib. İmişli Rayon Polis Şöbəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə rayonun Qaragüvənlikli kəndində baş verib.
Kənd sakini, 1992-ci il təvəllüdlü Vüsal Atamoğlan oğlu Tağıyev şəxsi mübahisə zəminində bibisi qızı, 1994-cü il təvəllüdlü Emilya Bahadır qızı Hüseynovanı kürək nahiyəsindən bıçaqlayıb. Emilya Hüseynova aldığı xəsarətlərdən dünyasını dəyişib. Vüsal Tağıyev həbs edilib.
Fakta bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.