Zaqatala sakinləri göbələk və sirkə turşusundan zəhərləndi

Zaqatalada göbələk və sirkə turşusundan zəhərlənmə olub.

 

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX)  APA TV-yə verilən məlumata görə, bu gün saat 00:30 radələrində rayonun Aşağı Tala kənd sakini, 1966-cı il təvəllüdlü Qüdrət Xəlil oğlu Eldarov, səhər saat 04:00 radələrində isə rayonun Lahıc kənd sakini, 1983-cü il təvəllüdlü Elsevər Rəhim oğlu İsmayılov zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

 

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, Qüdrət Eldarov sirkə turşusundan, Elsevər İsmayılov isə göbələkdən zəhərlənib. Hər iki şəxsə lazımi ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətləri ağır olduğundan, müalicələrini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.


Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv