Azərbaycanda küləkli və yağışlı hava davam edəcək

Aprelin 23-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA TV-yə bildirib ki, səhər bəzi yerlərdə çiskin olacağı, gecəyə doğru yağış yağacağı ehtimalı var.

 
Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 5-8, gündüz 11-15 dərəcə isti olacaq.

 
Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 11-19, dağlarda gecə 0-5, gündüz 6-11 isti olacaq.

Müəllif | Apa.Tv
Apa.tv