"Porche"nin sərxoş sürücüsü qəza törətdi, maşını qoyub qaçdı
Bakıda sərxoş sürücü qəza törədib.
APA TV-nin məlumatına görə, hadisə ötən gecə Binəqədi rayonu ərazisində baş verib. Sürücünün idarəetməni itirməsi nəticəsində "Porche" markalı avtomobil bardürlərə çırpılıb. Qəzadan sonra sürücü maşını qoyaraq hadisə yerindən uzaqlaşıb.
Hadisə yerinə Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb ediliblər. Avtomobil evakuator vasitəsilə cərimə meydançasına aparılıb.
İlkin ehtimala görə, qəza sürücünün avtomobili yüksək sürətlə idarə etməsi səbəbindən baş verib. "Porche"nin sürücüsünün sükan arxasına sərxoş vəziyyətdə əyləşdiyi güman olunur. Buna görə də o, yol polisi əməkdaşları gələnədək hadisə yerindən yayınıb.
Qəzanın hansı səbəbdən baş verməsi və sürücünün şəxsiyyəti Binəqədi Rayon Dövlət Yol Polis Şöbəsində araşdırılır.