Türkiyədə Xocalı soyqırımı ilə bağlı daha bir abidə ucaldılıb

Türkiyədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə daha bir abidə ucaldılıb.

 

APA TV-nin məlumatına görə, Kocaeli vilayətinin İzmit qəsəbəsində Xocalıda qətlə yetirilən 613 dinc sakinin xatirəsinə abidə ucaldılıb.

 

Azərbaycanın Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev bəyan edib ki, dünyanın bəzi dövlətlərinin qondarma "erməni soyqırımı" iddialarına dəstək verməsinin səbəbi Türkiyə və Azərbaycana qarşı qısqanclıqdır.

 

İzmitin bələdiyyə başçısı Nevzat Doğan isə deyib ki, 1992-ci ilə Xocalıda dinc insanlara qarşı inanılmaz zülm və soyqırım törədilib.

 

Çıxışlardan sonra abidənin açılışı olub. Açılış mərasiminə qatılan izmitlilər Xocalıda qətlə yetirilən insanların ruhuna dualar oxuyublar. 

Müəllif | Apa.Tv
Apa.tv