Zavoddan 20 ton pivə oğurlayan şəxs ələ keçdi

Rusiyanın Omsk şəhərinin sakini pivə zavodundan oğurluq edib.

 

APA TV-nin "Lenta.ru"ya istinadən verdiyi məlumata görə, 22 yaşlı gənc 20 ton pivə oğurlayıb.

 

Şəhər Polis İdarəsindən bildirilib ki, həmin şəxs küçədən tapdığı hansısa Abakan sakininə məxsus pasporta öz şəklini yapışdırıb, sonra isə tanışının idarə etdiyi furaya saxta nömrələr taxıb. Bundan sonra o, zavodun internet səhifəsinə girərək özünü Abakan sakini kimi təqdim edib və pivə sifariş etməyə başlayıb. O, zavoda saxta sənədlərlə müraciət edib.

 

Pivə daşımağa başlayan gənc müştəri axtarmaq üçün uzağa getməyib, yaxınlıqda yerləşən Amur qəsəbə sakinlərinə oğurladığı pivənin bir furasını qiymətindən 4 qat ucuz - 250 min rubla satıb. Həyata keçirdiyi bu "ticarət əməliyyatı"ndan sonra o, yaşadığı ünvana da getməyib. Polis furanı yalnız videokameralar vasitəsilə müəyyənləşdirib. Daha sonra isə gəncin özünü saxlayıblar.

 

Hazırda Omsk sakini dələduzluqda ittiham olunur və iki il azadlıqdan məhrum oluna bilər. Müəssisəyə dəyən ziyan isə 1 milyon rublu keçib.

Müəllif | Apa.Tv
Apa.tv