9 yaşlı məktəblini maşın vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Hövsan-Türkan yolunda qeydə alınıb.

 

1988-ci il təvəllüdlü Nurlan Xeyrulla oğlu Fərhadovun oğlu idarə etdiyi "Toyota" markalı avtomobil yolu keçən piyada, 2006-cı il təvəllüdlü Elman Süleyman oğlu Ağayevi vurub. Piyada hadisə yerində ölüb.

 

Polisdən Elman Ağayevin üçüncü sinif şagirdi olduğu bildirilib.

 

 

Müəllif | Apa.Tv
Apa.tv