Bakıda bank müdirini qətlə yetirən şəxs tutuldu
Bakıda qətl hadisəsi törədən şəxs saxlanılıb.
Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün “Avropa” hotelində bir nəfir öldürən, digərini isə yaralayan əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev tutulub.
Qeyd edək ki, hadisə aprelin 21-də Tbilisi prospekti 32 ünvanında yerləşən “Avropa” hotelində qeydə alınıb. Hotelin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Azər Aydın oğlu Məmmədov ürək nahiyəsindən bir bıçaq xəsarəti və 1971-ci il təvəllüdlü Ruslan Zakir oğlu Əfəndiyev döş qəfəsinin ön səthinin sol tərəfindən kəsilmiş 2 bıçaq xəsarəti alıb. Azər Məmmədov aldığı bıçaq xəsarətdən hadisə yerində ölüb, Ruslan Əfəndiyev isə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, hadisə zamanı yaralanan şəxs MMA (qarışıq döyüş növləri) üzrə Azərbaycan yığma komandasının baş məşqçisi, tanınmış idmançı Ruslan Əfəndiyev, qətlə yetirilən isə “Zaminbank”ın Nəsimi rayon filialının müdiri Azər Məmmədzadədir.