Azərbaycanda hava şəraiti ilə əlaqədar xəbərdarlıq yayıldı
Aprelin 24-də Bakı və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, axşama doğru yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 5-8, gündüz 10-15 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-4, gündüz 4-8 dərəcə isti olacaq.
Ümumilikdə, Azərbaycanda müşahidə edilən küləkli və yağıntılı hava şəraiti aprelin 25-i gündüzədək davam edəcək. Ondan sonra ölkə ərazisində mülayim hava şəraiti müşahidə olunacaq. Tibbi meteoroloji proqnoza gəlincə, aprelin 24-də Abşeron yarımadasında güclü xəzri küləyi və aprelin 25-i gündüzədək rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Aprelin 26-da isə əlverişli komfort hava şəraiti gözlənilir.
Qeyd edək ki, Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq da edilib. Belə ki, aprelin 25-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi bildirilir. Yağış yağacağı, bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.