Sumqayıtda fəhlə marketdə eskalatorun arasında qalıb öldü

Sumqayıtda dəhşətli hadisə baş verib.

 

Lent.az-ın məlumatına görə, 17-ci mikrorayon ərazisində yerləşən və sabah açılışı planlaşdırılan "Rahat" marketdə işləyən fəhlə, 1990-cı il təvəllüdlü Ruslan Taleh oğlu Qurbanov eskalatorun arasında qalıb. O, hadisə yerindəcə dünyasını dəyişib.

 

Bildirilir ki, hadisə ehtiyatsızlıq nəticəsində baş verib. Yeni quraşdırılmış lift yoxlanış üçün istismara buraxılarkən məlum olay yaşanıb.

 

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv