Tovuz sakinindən 1 kq-dan çox marixuana götürüldü
Tovuz rayon sakini Gəncədə narkotik vasitə ilə saxlanılıb.
APA TV-nin xəbərinə görə, Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayonunun Qəribli kənd sakini, 1958-ci il təvəllüdlü Cavad Hacıyev şəhərin Yeni Gəncə qəsəbəsində yerləşən “Şəmkir avtovağzalı” adlanan ərazidə şübhəli şəxs kimi saxlanılıb. Saxlanılan şəxsin üzərinə baxış zamanı əlində olan göy rəngli sellofan torbanın içərisində 550 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Gəncə şəhər BPİ-nin müstəntiqi Sabir Tağıyev bildirib ki, bunun davamı olaraq əməliyyat-axtarış tədbirləri davam etdirilib və onun yaşadığı Qəribli kəndinə gedin evinə baxış keçirilib: "Evinə baxış keçirilərkən də yaşadığı evində olan çarpayının altında qutuda saxladığı əlavə olaraq 550 qr narkotik vasitə olan marixuana götürülərək sənədləşdirilib".
Saxlanılan 5 uşaq atası Cavad Hacıyev narkotik vasitə istifadəçisi olduğunu bildirib. O, ötən ilin sentyabrında Tovuzda Zəyəm çayının kənarından çətənə kollarını yığaraq qurutduğunu deyib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
AZ-LATIN style='font-family:Tahoma;mso-ansi-language: AZ-LATIN'>