Azərbaycan prezidenti “Beynəlxalq Dostluq və Sülh Mükafatı”na layiq görülüb

Ankarada Türkiyənin bir çox nüfuzlu jurnalist təşkilatını öz sıralarında birləşdirən Media İxtisas Jurnalistləri Federasiyasının 2014-cü il üçün müəyyən etdiyi mükafatların təqdimatı ilə bağlı mərasim keçirilib.


APA TV-nin "AzərTAc"a istinadən xəbərinə görə, tədbirdə Türkiyə parlamentinin üzvləri, nüfuzlu siyasətçilər, elm adamları, jurnalistlər, qeyri-hökumət təşkilatlarının rəhbərləri və Ankarada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

 

Media İxtisas Jurnalistləri Federasiyasının sədri Kənan Macit bildirib ki, müxtəlif sahələr üzrə mükafatların sahibləri nüfuzlu münsiflər heyəti tərəfindən müəyyən edilib. Son illərdə bütün sahələrdə böyük uğurlar əldə edən Azərbaycan prezidenti İlham Əliyev “Beynəlxalq Dostluq və Sülh Mükafatı”na layiq görülüb.

 

Azərbaycan prezidentinin layiq görüldüyü nüfuzlu mükafat ölkəmizin Ankaradakı səfirliyinin müşaviri Ceyhun Zeynalova təqdim edilib.

 

Xatırladaq ki, “Beynəlxalq Dostluq və Sülh Mükafatı”na layiq görülənlər arasında Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Albaniyanın baş naziri Edi Rama da var.

 

Müəllif | Apa.Tv
Apa.tv