Brent neftinin qiyməti 65 dolları keçdi

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,36 dollar azalaraq 57,38 dollar təşkil edib.

 

“APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,32 dollar azalaraq 64,53 dollar olub.

 

Qeyd edək ki, ticari əməliyyatların gedişatında Brent markalı neftin qiyməti 65,08 dollaradək artıb. Beləliklə, Brent markalı neftin qiyməti 2014-cü ilin dekabr ayından etibarən ilk dəfədir ki, 65 dollar həddini keçmiş olub. Neftin bahalaşmasına ABŞ-da hasilatın azalması səbəb olub.

Müəllif | Apa.Tv
Apa.tv