Yasamalda qəza: xəsarət alan var
Ötən gecə paytaxtın Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin məlumatına görə, avtoqəza rayonun Şərifzadə küçəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili adıçəkilən küçə ilə hərəkətdə olan zaman başqa bir avtomaşın arxadan ona çırpılıb.
Qəzaya səbəb olan sürücü dərhal hadisə yerindən uzaqlaşıb. Hadisə zamanı avtomobildə olan sərnişin xəsarət alıb. Əraziyə Yasamal rayon Yol Patrul Xidmətinin əməkdaşları gələrək qəza ilə bağlı ölçülər götürüb. Qəzaya səbəb kimi yüksək sürət göstərilir.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.