Kürdəmir sakini həmkəndlisini bıçaqladı

Kürdəmir sakini həmkəndlisini bıçaqlayıb. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Qağacılı kəndində baş verib.

 

Kənd sakini Zaur Muxtar oğlu Abdurahmanov aralarında baş vermiş şəxsi münasibətlər zəminində öz həyətində həmkəndlisi Dəyanət Sakit oğlu Xəlilovu bıçaqlayıb. Yaralı təcili olaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırılır.

Müəllif | Apa.Tv
Zahid Abışov