Ceyms Uorlik: "Osmanlı imperiyasındakı bütün qurbanlara yas tuturuq"

ATӘT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik qondarma “erməni soyqırımı”na münasibət bildirib.

 

APA-nın məlumatına görə, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.

 

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində işlədiyimiz üçün biz Osmanlı imperiyasının son günlərində baş verən əzab-əziyyət və qırğınları xatırlayır, bütün qurbanlara yas tuturuq", - deyə diplomat qeyd edib.

 

Müəllif | Apa.Tv
Apa.tv