Almaniya prezidenti 1915-ci il hadisələrini “soyqırımı” adlandırdı

Almaniya prezidenti Yoahim Qauk Osmanlı imperiyasında 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırıb.

 

APA TV-nin “TASS”a istinadən xəbərinə görə, xəbərinə görə. prezident həmin hadisələrdə Almaniyanın qismən məsuliyyətini etiraf edib.

 

“Biz almanlar, məsuliyyət  bölgüsü  və hadisələrdə qismən təqsirli olmağımız məsələsinə gəlincə, keçmişə yenidən nəzər salmalıyıq” - deyə Yoahim Qauk Kayzer Almaniyasının hərbi nümayəndələrinin I Dünya Müharibəsi dövründə Osmanlı imperiyasında baş vermiş hadisələrdə iştirakını nəzərdə tutaraq bildirib.

 

Almaniya prezidenti nitqində aprelin 24-də Bundestaqda müzakirəyə çıxarılacaq qətnamə layihəsinin mətnində yer almış cümlələrdən istifadə edib. 

 

Müəllif | Apa.Tv
Apa.tv