Putin İrəvanda çıxış etdi

1915-ci ildə ermənilərin guya Osmanlı imperiyasında kütləvi şəkildə qətlə yetirilməsi ilə əlaqədar İrəvanda matəm mərasimi keçirilib.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, qondarma "erməni soyqırımı"nın 100-cü ildönümü tədbirlərinə hadisələri soyqırım kimi tanıyan 20 ölkənin təmsilçiləri, o cümlədən Fransa və Rusiya prezidentləri də qatılıblar.

 

Vladimir Putin mərasimdə çıxışı zamanı bildirib ki, Rusiyanın məsələ ilə bağlı mövqeyi dəyişməzdir. "Bu hadisələrə heç cür bəraət qazandırmaq mümkün deyil" - deyə o, əlavə edib.

Müəllif | Apa.Tv
Apa.tv