"Çanaqqala savaşı" ədəbi müsabiqənin qalibləri mükafatlandırıldı
Türkiyənin Azərbaycandakı səfirliyinin Kültür və Tanıtma Müşavirliyi və Azərbaycan Yazıçılar Birliyi təşkilatçılığı ilə Türkiyənin Azərbaycandakı səfirliyində Çanaqqala savaşı mövzusunda keçirilmiş ədəbi müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
APA TV-nin məlumatına görə tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bildirib ki, Türkiyə və Azərbaycan arasındakı dostluq münasibətləri bu gün ən yüksək səviyyədədir: "İki dövlətin prezidentləri, o cümlədən iki ölkənin xalqları arasında əlaqələr bu gün özünün ən yüksək mərhələsindədir. Bu gün həm də bizim ortaq tariximizə qarşı qaralama kampaniyası aparılır. Buna görə də dərdlərimizi birlikdə dünyaya çatdırmalıyıq. Qaralama kampaniyasına təəssüf edirik, amma dünyaya küsmədən, həqiqəti tarixi faktlarla sübut edəcəyik. Türkiyə prezidenti və baş nazirinin açıqlamaları buna örnəkdir. Bu məsələni obyektiv şəkildə araşdırmaq istəyənlər varsa buyursunlar, biz buna hər zaman hazırıq”.
Təşkil olunan müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar əlavə edib ki, bu müsabiqə iki xalqın arasındakı əlaqələrə bir töhfədir.
"Çanaqqala döyüşləri müharibələr tarixinə özünün misilsiz adını yazıb. Bu savaşlar nəticəsində türklər dünyaya öz döyüş əzmlərini sübut ediblər. Min illik döyüş təcrübəsi olan böyük türk millətinin Birinci Cahan müharibəsindəki zəfəri bu ulusun bir daha yenilməz olduğunu təsdiqləmiş oldu. Çanaqqala Zəfəri dünya tarixinin müstəsna qəhrəmanlıq mübarizəsi kimi tanındı" .
Tədbirdə Çanaqqala savaşı mövzusunda keçirilmiş ədəbi müsabiqənin qaliblərinin mükafatlandırılıb