Çempionlar Liqasında yarımfinalçılar müəyyənləşdi
İsveçrənin Nyon şəhərində Çempionlar Liqasında yarımfinal və final mərhələlərinin püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, püşk İspaniya “Barselona”sı ilə Almaniya “Bavariya”sını üz-üzə qoyub.
Bu duel sonuncuların baş məşqçisi Xosep Qvardiolanın sabiq komandası ilə üz-üzə gəlməsi ilə əlamətdar olacaq. Digər dueldə İtaliya “Yuventus”u İspaniya “Real”ını sınağa çəkəcək.
Yarımfinal mərhələsinin oyunları mayın 5-6-da və 12-13-də keçiriləcək. Həlledici qarşılaşma iyunun 6-da Almaniyanın paytaxtı Berlinin Olimpiya stadionunda baş tutacaq.