Jirinovski Dumanın ermənilərə başsağlığı verməsinə qarşı çıxdı

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Dövlət Dumasında çıxışı zamanı "erməni soyqırımı" məsələsinə toxunub.

 

APA Tv-nin xəbərinə görə, Jirinovski bəzi deputatların ermənilərə başsağlığı məktubu ünvanlanması təklifini kəskin tənqid edib. "Hansı başsağlığından söhbət gedir? Rus dili normaları ilə yanaşsaq, başsağlığı hər hansı bir şəxsin vəfatı ilə bağlı verilir. 100 il bundan əvvəl yaşanan hadisələrə bunun heç bir aidiyyatı yoxdur" - deyə partiya lideri qeyd edib.

 

Vladimir Jirinovskı daha sonra əlavə edib ki, məktubda "qardaş Ermənistan" ifadəsi də kökündən yanlışdır: "Belə müraciət etmək olmaz. Nə qardaş xalq, nə qardaş dövlət? Nədən söhbət gedir? Dünyada nə qardaş xalq var, nə də dövlət. 100 il əvvəlki hadisələrə kədərlənməkdənsə, 1991-ci ildə baş verənləri yada salın. O vaxt rusların ən çox qovulduğu ölkə məhz Ermənistan idi. Ermənistan hazırda dünyada ən monoetnik dövlətidir. Hər yerdə ruslar və digər millətlərin nümayəndələri yaşayır, amma Ermənistanda buna rast gələ bilmərsən. Buna görə də "qardaş Ermənistan" ifadəsini işlətmək gülüncdür".

Müəllif | Apa.Tv
Apa.tv