“Eurovision-2015” iştirakçıları Moskvada konsert verəcəklər

“Eurovision-2015” mahnı müsabiqəsinin iştirakçıları bu gün Moskvada keçiriləcək konsertdə çıxış edəcəklər.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, səhnəyə Rusiya, Böyük Britaniya, Makedoniya, İsrail, Azərbaycan, Belarus, Malta, İslandiya və digər ölkələrin təmsilçiləri çıxacaqlar.

 

Qala-konsertdə həmçinin ötən illərdə “Eurovision” mahnı yarışmasına qatılan ifaçılar çıxış edəcəklər. Bunlar Yuliya Volkova (T.A.T.U), Eldar və Nigar dueti, Kristina Skarlat, Paşa Parfeniy və digərləridir.

Müəllif | Apa.Tv
Apa.tv