Davudoğlu: “Roma Papası Çanaqqaladakı möhtəşəm mərasimdən dərs alacaq”
Türkiyənin baş naziri Əhməd Davudoğlu İrəvanda qondarma "erməni soyqırımı"nın 100 illiyinin anılması adı altında keçirilən mərasimi 100 il əvvəl baş verən hadisələrdən düşmənlik və nifrət yaratmağa cəhd kimi qiymətləndirib. APA TV-nin məlumatına görə, Davudoğlu Konyadakı çıxışında Çanaqqlada və İrəvanda keçirilən mərasimləri müqayisə edib.
Əhməd Davudoğlu bəyan edib ki, 1915-ci il hadisələrinin səbəbkarları bu gün Türkiyəni mühakimə etməyə çalışırlar.
Türkiyənin baş naziri ümid etdiyi bildirib ki, qondarma "erməni soyqırımı" ilə bağlı qərarlar qəbul edən ölkə parlamentləri, o cümlədən, Roma papası Çanaqqaladakı möhtəşəm mərasimdən dərs alacaq.