Səbaildə yol qəzası baş verib, yaralanan var

Bakını Səbail rayonu ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, Salyan şosesində iki avtomobil toqquşub.

 

Şəhər mərkəzi istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobilim sürücüsü Şahin Osmanov idarəetməni itirib. Nəticədə "Mercedes" qarşıdan gələn avtomobilə çırpılıb.

 

İkinci avtomobildə olan sərnişin Niftəliyev Ayxan Sabir oğlu xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Yaralı 1 saylı Şəhər Kliniki xəstəxanasına çatdırılıb.

 

Qəza ilə əlaqədar Salyan şosesində avtomobil sıxlığı yaranıb. Yol polisi əməkdaşları nəqliyyatın hərəkətini nizamlayıblar və normal hərəkət bərpa olunub.

 

Səbail Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, qəzaya "Mercedes"in yüksək sürətlə hərəkət etməsi səbəb olub. Hadisənin dəqiq səbəbi araşdırmalardan sonra məlum olacaq. 

Müəllif | Apa.Tv
Apa.tv