Makedoniyada qatar relslərin üzəri ilə hərəkət edən 14 mühaciri əzib keçdi

Makedoniyada sərnişin qatarının altında 14 nəfər qalıb. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində Somali və Əfqanıstandan olan miqrantlar faciəvi şəkildə ölüblər.  Ölkəyə qanunsuz yolla gələn miqrantlardan ibarət 50 nəfərlik qrup dəmir yolu xətti ilə Veles şəhəri istiqamətində hərəkət ediblər. Maşinist bildirib ki, qatar yolunda hərəkət edən insanları görüb. "Xəbərdarlıq etmək üçün siqnal verdim. Onların əksəriyyəti yoldan çıxdı, amma başa düşməyənlər də oldu"- deyə o bildirib. Məlumata görə, bu, ərazidə baş verən ilk hadisə deyil. Bundan əvvəl də Avropanın qərbində yerləşən ölkələrə getmək istəyən şəxslər bu ərazidə bənzər qəzalar nəticəsində həyatlarını itiriblər.

Müəllif | Apa.Tv
Apa.tv