İŞİD təşkilatı lideri Əl-Bağdadinin ölümünü rəsmən təsdiqlədi

İŞİD terror təşkilatı lideri Əbu Bəkr Əl-Bağdadinin ölümünü rəsmən təsdiqləyib və ötən gün İraqın Mosul şəhəri yaxınlığında yeni "xəlifə"yə sədaqət andı içilib.

 

İŞİD komandirləri təşkilatın bir neçə gün əvvəl hava zərbələri zamanı yaranan lideri Əbu Bəkr Əl-Bağdadinin öldüyünü bildiriblər. İŞİD lideri yaralandıqdan sonra Suriyanın Rəkka şəhərinə aparılıbmış. Əl-Bağdadi öz həkiminin əllərində can verib.

 

Bunun ardınca Mosul yaxınlığındakı Telafer şəhərinin "Səddam" məscidində İŞİD rəhbərləri yeni "xəlifə"yə sədaqət andı içiblər. Təşkilatın yeni lideri Əbu Əli əl-Əfri ləqəbli Əbdürrəhman Mustafa əl Şeyxlərdir. O, Telaferdə doğulub, fizika müəllimidir. 90-cı illərdə Əbu Əli əl-Əfri Telaferdə təkfirçiliyi ilk təbliğ edənlərdən olub. 2004-cü ildə doğma şəhərini tərk edib və "Əl Qaidə"yə qoşulub. Çox keçmədən əl-Əfri "Əl Qaidə"nin Məşvərət Şurasının sədri olub. Amerika xüsusi xidmət orqanları onu ələ keçirsələr də, bir müddət sonra azadlığa çıxıb. 

Müəllif | Apa.Tv
Apa.tv