Cəlilabadda uşaq kanala düşərək boğulub

Cəlilabada azyaşlı uşaq faciəli şəkildə ölüb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Sabirabad kəndində alınıb.Kənd sakini, 2012-ci il təvəllüdlü Hüseyn Elçin oğlu Ağalarov ehtiyatsızlıqdan evlərinin yaxınlığındakı su hövzəsinə düşərək boğulub.

 

Faktla bağlı Cəlilabad rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv