Ağsuda qəzaya uğramış maşında sıxılmış vəziyyətdə qalan sürücü xilas edildi

Ağsuda yol qəzası baş verib. Şamaxı-Yevlax yolunun 155-ci kilometrliyində, Ağsu rayonu ərazisində "Mercedes" və "Volkswagen" markalı 2 minik avtomobili toqquşub. APA TV-nin məlumatına görə, dərhal hadisə yerinə nazirliyin  müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

 

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov