Nepal silkələndi - 7,5 GÜCÜNDƏ ZƏLZƏLƏ!

Nepalda güclü zəlzələ baş verib. APA TV-nin məlumatına görə, yeraltı təkanların maqnitudası 7,5 bal gücündə olub. Zəlzələnin episentri paytaxt Katmandunun şimal-qərbində qeydə alınıb. Dağıntılar var, insan tələfatının olduğu istisna edilmir. Yeraltı təkanlar Hindistanın bütün şimal-şərqi də daxil olmaqla paytaxt Yeni Dehlidə də hiss edilib. Sakinlər evlərini tərk etmək məcburiyyətində qalıblar.

 

Hindistan paytaxtında da bəzi binalar zərər görüb. 

Müəllif | Apa.Tv
Apa.tv