Sabah Bakıda əsl yaz havası gözlənilir - PROQNOZ

Bazar günü Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. APA TV-nin məlumatına görə, sabah paytaxtda cənub küləyi əsəcək, havanın temperaturu gecə 6-9, gündüz 15-19 dərəcə isti olacaq. 

 

Sabah Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz saatlarında arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 23, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10, bəzi yerlərdə isə 15 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv
Apa.tv