Tovuzda iki uşaq atası güllələndi
Tovuzda 43 yaşlı kişi güllələnərək qətlə yetirilib. Bu barədə APA TV-yə Tovuz rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, hadisə ötən gecə baş verib. Rayonun Əlimərdanlı kənd sakini, 1972-ci il təvəllüdlü Müşfiq Hüseynov baş nahiyəsindən güllələnərək öldürülüb. Onun meyiti kənd qəbiristanlığının yanında özünə məxsus “VAZ-2106” markalı avtomobilin yük yerində aşkarlanıb.
Qeyd edək ki, qətlə yetirilən Müşfiq Hüseynov iki uşaq atası olub. Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.