Zaqatalada 2 yaşlı uşaq qaynar sudan yanıb
Zaqatalada 2 yaşlı uşağın üstünə qaynar su tökülüb.
Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Danaçı kənd sakini, 2013-cü il təvəllüdlü Aysu Şərif qızı Qudyakova yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub.
Həkim müayinəsindən sonra məlum olub ki, yaşadığı evdə 2 yaşlı Aysu Qudyakovanın üzərinə ehtiyatsızlıqdan qaynar su dağılıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Aysuya döşün, kürəyin və aşağı ətrafların 3-cü dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.