Xırdalanda nənə və nəvəni maşın vurdu
Abşeron rayonunun Xırdalan şəhərində nənə və nəvəni maşın vurub. APA TV-nin məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
24 yaşlı Qurban Nəbi oğlu Maqsudov idarə etdiyi "VAZ-2108" markalı avtomobillə yolu keçmək istəyən 53 yaşlı Bikə Mehdiyevanı və onun 9 yaşlı nəvəsi Orxan Mehdiyevi vurub. Xəsarət alan Bikə və Orxan Mehdiyevlər 1 saylı şəhər xəstəxanasına aparılıblar. Xəstəxanada hər iki şəxsə kəllə-beyin travması diaqnozu qoyulub.
Bikə Mehdiyeva palataya köçürülüb. 9 yaşlı Orxan Mehdiyev isə reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.