Zaqatalada 17 yaşlı oğlan göbələkdən zəhərləndi

Zaqatalada 17 yaşlı oğlan göbələkdən zəhərlənib.

 

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA TV-nin Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Uzun Qazmalar kənd sakini, 1998-ci il təvəllüdlü Əhməd Yasin oğlu Bəkirov zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

 

Hakim müayinəsi zamanı məlum olub ki, 17 yaşlı Əhməd Bəkirov yaşadığı evdə ailə üzvləri ilə birlikdə göbələk yeyib. Onda göbələkdən zəhərlənmə əlamətləri olduğu üçün xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra müalicəsini davam etdirmək üçün Bakıya - Respublika Toksikologiya Mərkəzinə göndərilib.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov