Şimali Kipr Türk Cümhuriyyətində yeni prezident seçildi
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) növbəti prezidenti elan edilib.
APA TV-nın Şimali Kipr Türk Cümhuriyyətinin rəsmi Türk Ajansı Kıbrısa (TAK) istinadən xəbərinə görə, aprelin 26-da prezident seçkilərinin ikinci turu keçirilib.
Seçicilərin 56 faizinin qatıldığı seçkiyə ötən həftənin bazar günü keçirilmiş ilk turda ən çox səs toplamış Dərviş Əroğlu və Mustafa Akıncı qatılıb.
Şimali Kiprin Mərkəzi Seçki Komissiyası Mustafa Akınçının prezident seçkilərinin qalibi olduğunu açıqlayıb. Onun seçicilərin 60,17 faiz, rəqibi Dərviş Əroğlunun isə 39,83 faiz səsini aldığı bildirilib.