Kəlbəcər girovu Şahbaz Quliyev əməliyyat olunub
Kəlbəcərdə girov götürülən və hazırda Xankəndində saxlanılan Azərbaycan vətəndaşı Şahbaz Quliyev səhhətində yaranmış problemlə əlaqədar əməliyyat olunub.
APA-nın “Kavkazskiy uzel” portalına istinadən verdiyi məlumata görə, Şahbaz Quliyev öd kisəsinin xroniki tutması diaqnozu ilə Xankəndindəki xəstəxanada cərrahiyyə əməliyyatına məruz qalıb.
Dağlıq Qarabağdakı “Helsinki təşəbbüsü-92” ictimai təşkilatının rəhbərliyi xəstəxanada ona baş çəkib. Onlar Şahbaz Quliyevin vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.