Azərbaycanda dolların ucuzlaşması davam edir

Bu gün Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi aprelin 24-ü ilə müqayisədə ucuzlaşıb.

 

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 27-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0003 manat və ya 0,03% ucuzlaşaraq 1,0499 manata yüksəlib.

 

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0064 manat və ya 0,56% bahalaşaraq 1,1396 manat olub.

Müəllif | Apa.Tv
Apa.tv