Bakıda toyda gəlini döyən bəy həbs olunmayıb - AÇIQLAMA
Aprelin 25-i Bakıda “Xudafərin” şadlıq sarayında düşən kütləvi davada xəsarət alan yoxdur. Bu barədə APA TV-yə Nizami Rayon Polis İdarəsinin rəis müavini Ədalət Əliyev bildirib. Onun sözlərinə görə, şadlıq sarayının rəhbərliyi 24-cü polis bölməsinə zəng edərək qonaqların davranışına nəzarət edə bilmədiklərini deyiblər. Polis əməkdaşları hadisə yerinə gəlib çatanda münaqişə səngimiş olub. İdarəsən APA TV-yə bildirilib ki, qız və oğlan evi tərəfdən 4 nəfər saxlanıb, saxlananlar arasında bəy yoxdur. İzahatları alındıqdan sonra onlar da ertəsi gün sərbəst buraxılıblar. Şadlıq sarayına polis çağırıldığı üçün sifarişçilər məclisin pulunu ödəməkdən imtina ediblər. Sonra razılaşma əldə olunub, "Xudafərin" şadlıq sarayı pulun tam və ya qismən ödənilməsi barədə məlumat vermək istəməyib.
Qeyd edək ki , toy mərasimində gəlinin bəyə etirazı nəticəsində tərəflər arasında mübahisə yaranıb. Bəyi sakitləşdirmək istəyən qohumlarına kəskin etirazını bildirən səbəbkar qəflətən gəlinə hücum çəkib, ona ardıcıl zərbələr endirib və həyat yoldaşı olacaq xanım huşunu itirib. Davaya gəlinin qohumları müdaxilə etdikdən sonra vəziyyətin daha da gərginləşib.