Sumqayıtda bacı-qardaş maşının altında qaldı

Sumqayıtda maşın bacı-qardaşı vuraraq öldürüb.

 

APA TV-nin Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 25-də saat 23 radələrində Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

 

Müəyyən edilməmiş avtomobillə yolu keçən Gədəbəy rayon sakini Xəqani Cəfərov və onun bacısı Arifə vurulub. Nəticədə piyadalar hadisə yerində ölüblər.

 

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “BMW” markalı avtomobilin sürücüsü İlqar Əliyev saxlanılıb.

 

Sumqayıtda nənə və nəvəni vuran sürücü də hadisə yerindən qaçıb. Aprelin 25-də saat 21 radələrində Sumqayıt şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakinləri Şərafət Zeynalova və onun nəvəsi Ramal Tahirov vurulub. Ramal Tahirov hadisə yerində ölüb, Şərafət Zeynalova xəstəxanaya yerləşdirilib.

 

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “VAZ-2106” markalı avtomobilin sürücüsü - şəhər sakini Fərhad Muradi tutulub.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv