Bakıda saxta "yüzlük" satan əcnəbilər tutuldu
Bakıda xarici vətəndaşlardan külli miqdarda saxta pul aşkar edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA TV -yə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında Nigeriya vətəndaşları Obu Onyedika Moses və Nvadike Emmanuel Çinyere paytaxtın Nəsimi rayonu ərazisində 50 ədəd saxta 100 dollarlıq əsginasları satarkən saxlanılıblar.
Onlarla birgə 3 Nigeriya, 1 Kamerun və 1 Qvatemala vətəndaşlarının da kirayədə yaşadıqları mənzilə baxış zamanı əlavə 100 ədəd saxta 100 dollarlıq əsginaslar da aşkar edilərək götürülüb.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanıb, istintaq aparılır.