Nursultan Nazarbayev növbəti dəfə prezident seçildi

Aprelin 26-da Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində sensasiya baş verməyib. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hazırkı dövlət başçısı Nursultan Nazarbayev 97,7% səs toplayaraq öz vəzifəsində qalıb.  

 

Kommunist Turqun Sızdıkov 1,6%, müstəqil namizəd Abelqazi Kusainov isə 0,7% səs alıblar.

 

Səsvermədə seçicilərin 95,22%-i iştirak edib. Yekun rəsmi nəticələr mayın 3-dən gec olmayaraq açıqlanacaq. 

 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Nursultan Nazarbayevə telefonla zəng edərək, onu prezident seçkilərində inamlı qələbəsi münasibətlə təbrik edib, ona ali dövləti fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

 

Qazaxıstan prezidenti göstərilən diqqətə və təbriklərinə görə İlham Əliyevə minnətdarlığını bildirib.

 

Söhbət əsasında dövlət başçıları Azərbaycanla Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Müəllif | Apa.Tv
Apa.tv