Xaçmazda zəncirvari qəza: piyada vuruldu

 

Xaçmaz şəhərində zəncirvari qəza baş verib. APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.

 

“VAZ-2107” markalı avtomobil yolun kənarında dayanan “VAZ-21011”-ə, daha sonra isə "Mercedes" markalı maşına çırpılıb. Toqquşmadan sonra “VAZ-21011” yoldan keçən piyada, 18 yaşlı Həsənov Natiq Malik oğlunu vurub. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta stabildir.

 

Polis əməkdaşları hadisə yerində müayinələr aparıblar.

 

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. Qəzanın səbəbi təyin edilmiş avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv