Bakıda ər arvadını öldürdü

Bakıda qətl törədilib.

 

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

 

Qəsəbə ərazisində kirayədə yaşayan Ağdaş rayon sakini, 1985-ci il təvəllüdlü Vüsal Musayev qısqanclıq zəminində həyat yoldaşı, 1986-cı il təvəllüdlü Zakirə Məmmədovanı bıçaqlayaraq qətlə yetirib.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

 

Müəllif | Apa.Tv
Apa.tv