Nepalda 36 saat dağıntılar altında qalan kişi belə xilas edildi - REAL GÖRÜNTÜ


Nepalda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı artır. APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, artıq 4 min nəfərin həyatını itirdiyi bildirilir.

 

Bazar ertəsi Türkiyədən gəlmiş xilasedicilər paytaxt Katmanduda dağıntıların altından bir kişini xilas ediblər. O, 36 saatdan çox dağıntılar altında qalıb. Xilas edilmiş şəxs anlaqlı vəziyyətdə olub, lakin onun hər hansı zədə alması tibbi yoxlamadan sonra məlum olacaq.

 

Könüllü xilasedicilər də dağıntılar altında axtarışları davam etdirirlər. Texnika çatışmazlığı axtarışları ləngidir. Ən çox dağıntı da Katmanduda qeydə alınıb. Ölü sayının artacağı istisna olunmur. Çünki dağlıq ərazilərdəki yaşayış məntəqələrində vəziyyətin nə yerdə olduğu bilinmir və xilasedicilər hələ ki, həmin ərazilərə gedə bilməyiblər. "Belə zəlzələlərdə dağlıq ərazilərdə təkanlar daha güclü olur. Ona görə də bizdə olan ölü sayı barədə siyahının artacağı labüddür"-deyə ekspert bildirib. Təbii fəlakət nəticəsində xəsarət alanların sayı 6 500 nəfəri keçib. Onların əksəriyyəti Katmandunun mərkəzindəki köhnə və xəsarət almış xəstəxana binasında müalicə alırlar. Xəstəxanalarda yer çatışmır. Həkimlər 24 saat iş başındadırlar.

Müəllif | Apa.Tv
Apa.tv