Fransada işsizlərin sayı 3,5 milyona çatdı
Fransada işsiz vətəndaşların sayı 3 milyon 500 min nəfərə çatıb. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, ötən ay ölkədə 15 400 şəxs əmək birjalarında qeydiyyata düşüb. Bu da fevralla müqayisədə çoxdur
Əlaqədar qurumlar işsizlikdən daha çox gənclərin əziyyət çəkdiyini bildirirlər. Fransada 25 yaşına çatmayan vətəndaşlar iş tapmaqda çətinliklərlə üzləşirlər. Prezident Fransua Ollandın yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirdiyi iqtisadi islahatlar nəticə vermir.
Bu fakt təkcə Fransaya aid deyil. İşsizlik yanvar ayından sonra avrozona ölkələri vətəndaşları arasında da artıb.