Bosniyada polislərə hücum edən şəxs öldürüldü

Bosniya və Herseqovinada polis məntəqəsinə girən silahlı şəxs iki qanun keşikçisini yaralayıb.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, Zvornik şəhərindəki polis məntəqəsinə hücum edən şəxs "Allahu Əkbər!" deyə qışqırıb. Bundan sonra o, polislərə atəş açmağa başlayıb. Açılan cavab atəşi nəticəsində məntəqəyə hücum edən şəxs öldürülüb.

 

Zvornik polisi gücləndirilmiş iş rejiminə keçib.

Müəllif | Apa.Tv
Apa.tv